az en
ana səhifə
 
 
müayinələr
müalicələr
mütəxəssislər
elmi fəaliyyətlərimiz
haqqımızda
bizimlə əlaqə
 
 
omur-logo

 

 

 

"Ömür" klinikası - təbabətin yeni dünyası

Gülnara Məmmədova
"Ömür" klinikasının direktoru, ali dərəcəli həkim
ginekoloq USM mütəxəssisi

 

Ginekologiyada ən böyük problemlərdən biri dünyaya gələcək körpədə ehtimal olunan qüsurların və xəstəliklərin öncədən aşkar edilməsidir. Hamiləliyin daha kiçik müddətində dölün inkişaf qüsurları və patologiyaları haqqında əvvəlcədən informasiya almaq isə hamiləliyin saxlanması və ya pozulması kimi məsuliyyətli bir qərarın qəbul edilməsində böyük rol oynayır. Məhz Azərbaycanda ilk dəfə “Ömür” klinikasında tətbiq edilən 4D rejimli “VOLUSON-730” aparatı dölün inkişafı ilə bağlı dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır. Yəni, bu aparatla aparılan müayinə zamanı dölün xarici görünüşündəki deffektlər, ətrafların deformasiyası, barmaqların sayı, dovşandodaqlıq, qurdağızlıq, eyni zamanda beyindəki qüsurlar aşkar edilir. Bir sözlə, 4D rejimli aparat təkcə anaların sağlamlığına deyil, körpələrin sağlam doğulmasına da zəmanət verən əvəzsiz müayinə metodudur.

>>>Daha ətraflı


 

E l i k s i r

E l i k s i r

v a n n a s ı

“Ömür” klinikasında eliksir hər bir pasientin şikayətləri əsasında aparılan müayinələrin nəticəsin bilinəndən sonra hazırlanır. Onun tərkibinin fərdiliyi xüsusi olaraq gözlənilir. “Ömür” klinikasında müalicə kompleks şəkildə aparılır və hər bir pasient fərdi dietaya və proseduralara riayət edir. Eliksiroterapiya müalicənin əsasını təşkil edir.
Eliksir ayrı-ayrılıqda nə başağrı, nə də allergiya əleyhinə dərman deyil. Eliksir pozulmuş mübadilə proseslərini bərpa edən vasitədir. Hər şey bundan başlayır: hər-hansı bir mübadilə, məsələn, lipid mübadiləsi pozulur. Sonra isə bu prosesə zülal, karbohidrat, su-duz mübadiləsinin pozulması da qoşulur. Belə olduqda orqanizm içəridən “çatlar verir”. Bu poses uzun müddət heç cür təzahür etmir, lakin əlamətlər hiss olunduqda bərpa prosesi çox uzun sürür və heç də həmişə uğurla nəticələnmir. Ona görə də hər bir pasientin əvvəl fərdi olaraq tam müayinədən keçirilməsi və sonra fərdi olaraq kompleks müalicə planı tərtib edilməsi məqsədə uyğundur.

>>>Daha ətraflı


 

 

Ginekologiyada ultrasəs müayinəsi

Məlum olduğu kimi, qadınlar arasında sonsuzluq, daxili cinsiyyət orqanlarının iltihabı, xüsusən də, şiş və şişəbənzər xəstəlikləri daha çox təsadüf olunur. Bu xəstəliklərin, əsasən də, bədxassəli şişlərin və şişəbənzər törəmələrin erkən aşkar olunması, düzgün diaqnostikası və müalicənin vaxtında aparılması vacibdir. Hazırda bu məqsədlə çoxsaylı diaqnostik üsullar, o cümlədən palpasiya (əlləmə), perkussiya (taqqıldatma), auskultasiya (qulaqasma), zondlama, qaşıma, rentgen, endoskopik, histoloji, laborator mövcuddur. Doğrudur, qeyd olunan üsullardan istifadə etməklə heç də həmişə xəstəliyə dəqiq və vaxtında düzgün diaqnoz təyin etmək mümkün olmur. Bu isə xəstəliyin aşkarlanmasını gecikdirir və onun gedişinin daha da ağırlaşmasına, fəsadlaşmasına və bəzən də onun həyatdan vaxtsız getməsinə səbəb olur. Odur ki, xəstəliyin vaxtında aşkar olunub, düzgün diaqnostikası və müalicəsi xüsusi həyatı əhəmiyyət kəsb edir. Bu isə tətbiq olunan üsuldan çox asılıdır.

>>>Daha ətraflı

omur-clinic © 2009 designed by SM